İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məşhurlar psixiatriya xəstəxanasında yatıb, birinin vəziyyəti ağırdır - ŞOK SİYAHI

1589 22.08.2022 21:36 Şou-biznes A A

Rusiyanın bəzi məşhurları psixi pozğunluqdan müalicə alıb.

Musavat.com psixi pozğunluqdan müalicə alan 5 rus məşhuru təqdim edir.

Müğənni Lolita Milyavskaya xəstəxanaya yerləşdirilməyə qərar verən rusiyalı məşhurlardan biridir. O, 2000-ci illərin əvvəllərində şəxsi problemləri ucbatından 2 ay müddətinə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında müalicə alıb.

1492167952688.3079.jpeg (115 KB)

Müğənni Dima Bilan 2005-ci ildə yaxın dostu, prodüser Yuri Ayzenşpisin ölümü ilə böyük sarsıntı keçirir. Ayzenşpisin işlətdiyi mərkəz onun həyat yoldaşının adına keçdikdən sonra o, Dima Bilanla əməkdaşlığı davam etdirməkdən imtina edir. Beləliklə, Dima bir müddət Lolitanın da müalicə aldığı xəstəxanada qalmalı olur.

102600015520.69522.jpeg (135 KB)
 
Aktyor Valeri Nikolayev

Sərxoş vəziyyətdə avtomobil idarə edən aktyor xəstəxanaya yerləşdirilir.

1089253124467.6622.jpeg (158 KB)

Aktyor Viktor Suxorukov

İçki aludəçisi olan aktyor hətta çəkiliş meydançalarında əlində şüşə görünürmüş. Beləliklə, onun da yolu psixiatriya xəstəxanasından keçir.

324927511809.1619.jpeg (27 KB)
 
Aktyor Vasili Stepanov

İstədiyi şöhrətə çatmayan aktyor dərin depressiyaya düşür. Hətta bir neçə dəfə intihara cəhd edir. Stepanovun hazırkı vəziyyəti də ağır hesab olunur.

1051956946088.8151.jpg (136 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR