Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:
"Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq".
Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. O, nazir postuna 2006-cı ildə təyin edilib.