Bu gün həyatımın ən səssiz, amma ən çox danışan günlərindən biridir…
Bu gün ilk dəfədir ki, ömrümün dayağını, varlığımın səbəbini – əziz atamı yanımda görmədən doğum günümü qeyd edirəm…
Bu gün qəlbimdə dərin bir duyğu var…
Amma onun nəfəsi yenə də həyatımda yaşayır…
Çünki o, mənim gücümdədir… mənim nəfəsimdədir…
mənim addımlarımda, qərarlarımda, yolumda yaşayır…
O, mənim gücümdür. O, mənim dayandığım sütundur.
O, mənim hər şeyimdir…
Mən onu hər an yanımda hiss edirəm… Sanki o, ocağımızın başında dayanıb, bizə dua edir, bizi qoruyur…
Atam, Sən təkcə mənim yox, bizim nəslimizin, bizim ailəmizin dayaq sütunu və əbədi Ağsaqqalısan!
Mənim bütün addımlarımda atamın izi var… Hər uğurumda onun adı yaşayır… Həyatımda qazandığım hər dəyərdə, daşıdığım hər qürurda atamın zəhməti, tərbiyəsi və adı var…
Mən fəxr edirəm ki, belə bir kişinin oğluyam…
Fəxr edirəm ki, Cavanşir Qurbanovun oğluyam…
Cavanşirin övladı olmaq mənim üçün sadəcə bir ad deyil… bir şərəfdir… bir ləyaqətdir… bir ömürlük qürurdur…
Bu gün yanımda olan, məni tək qoymayan, qəlbimə dayaq olan bütün doğmalarıma, ailəmə, qohumlarıma və dostlarıma dərin təşəkkür edirəm.
Sizin varlığınız bu gün mənə təsəllidir. Allah hamınızı qorusun, ocaqlarınızı daim nurla doldursun.
Müqəddəs Ramazan və Novruz bayramınız mübarək olsun!
Mircəlal QURBANOV,
Bəstəkar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Musavat.com-dan: Dəyərli Mircəlal Qurbanovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlı arzulayırıq. Vətənimiz və Xalqımız uğrunda yorulmadan, usanmadan, əzmkarlıqla, sevgi ilə xidmət göstərən Mircəlal Qurbanova daha böyük uğurlar diləyirik.







