İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kəndlərin bələdiyyələri birləşdirilir 

1619 23.02.2024 17:10 Ölkə A A

Azərbaycanda min evdən az olan kəndlərin bələdiyyələri birləşdirilir.

Musavat.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq.

Buna kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi və digər əsaslı səbəblər var.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR