İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il İranda azı 251 nəfər edam olunub

445 27.07.2022 15:30 Region A A

“Bu il yanvarın 11-dən iyulun 9-dək İranda 251 nəfər edam olunub”.

 Musavat.com “Report”a  istinadən xəbər verir ki, məlumatı “Amnesty International” və Abdullah Rəhman Brumand Fondu yayıb.

Bildirilib ki, ölüm hökmlərinin icrası belə davam edərsə, bu, 2021-ci ilin 314 edam göstəricisini ötəcək.

Məlumata görə, bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Beynəlxalq qanunlara əsasən, bu cinayəti törədənlər edam olunmurlar.

Bildirilib ki, 2021-ci illə müqayisədə dünyada edamların sayı artıb. Bunun səbəblərindən biri İranda ölüm hökmlərinin icrası göstərilib.

BMT-nin Baş katibi Antoni Qutteriş bu ilin əvvəlindən bəri İranda edamların artmasından narahat olduğunu vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR