İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il böyük banklar 60 mindən çox insanı ixtisara salıb

496 26.12.2023 15:53 İqtisadiyyat A A

Dünyanın iyirmi ən böyük bankları 2023-cü ildə ümumilikdə 60 mindən çox iş yerini ixtisar edib - bu, qlobal maliyyə böhranından bəri maksimum göstəricidir.

Musavat.com xəbər verir ki, “Financial Times”ın yazdığına görə, investisiya bankları həm birləşmələr, həm də satınalmalar (M&A) və ictimai təkliflərdəki aktivliyin yavaşlaması fonunda ardıcıl ikinci ildir ki, mənfəət marjalarının azalması ilə üzləşirlər. Nəşr qeyd edir ki, bu şəraitdə maliyyə institutları mənfəət marjasını saxlamaq üçün iş yerlərini ixtisar etməyə məcbur olurlar.

Maliyyə sektorunda işəgötürmə xidməti göstərən “Silvermine Partners” şirkətinin sahibi Li Taker bildirir ki, "əksər bankda sabitlik, investisiya və artım yoxdur, buna görə də yəqin ki, daha çox iş yerlərinin ixtisarı” qeydə alınacaq. Bank hesabatlarına və öz hesablamalarına əsaslanan FT-a görə, dünyanın ən yaxşı 20 bankı bu il 61,905 iş yerini ləğv edib.

Müqayisə üçün: 2007-2008-ci illərdə qlobal maliyyə böhranı zamanı. sektorda çalışanların sayı 140 mindən çox azalmışdı.

Bu il ən böyük ixtisarlar rəqib “Credit Suisse”i alan İsveçrənin UBS bankında qeydə alınıb. Noyabr ayında UBS birləşmiş şirkətin işçi qüvvəsinin 13 000 nəfər azalaraq 116 000 nəfərə düşdüyünü elan edib. Ekspertlər 2024-cü ildə bu istiqamətdə əlavə addımların atılacağını gözləyirlər.

“Wells Fargo & Co.” ixtisarların sayına görə ikinci yeri tutur. Bu ay ABŞ bankı işçilərin sayının ilin əvvəlindən 12 min nəfər azalaraq 230 min nəfərə düşdüyünü açıqlayıb. “Wells Fargo” üçüncü rübdə işdən çıxma müavinətlərinə 186 milyon dollar xərcləyərək 7000 iş yerini ixtisar edib. Bankın baş direktoru Çarli Şarf xəbərdarlıq edib ki, “Wells Fargo” gələcək işdən çıxma ödənişləri üçün daha 1 milyard dollar ayırıb.

“Citigroup Inc”də ixtisarlar 5 min iş yeri, “Morgan Stanley”də - 4,8 min, “Bank of America Corp.” 4 min, “Goldman Sachs Group Inc”də. 3,2 min, “JPMorgan Chase & Co.” 1 min nəfəri əhatə edib.

Ümumilikdə, böyük Wall Street bankları 2023-cü ildə 30 min iş yerini ləğv edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR