İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Fransa ilə BMT, o cümlədən digər dövlətlər arasında ziddiyyətlərə gətirib çıxaracaq”

440 13.03.2023 14:47 Siyasət A A

 

“Fransa bir çox xalqı istismar edib. Əlcəzairdə törədilənlər heç zaman unudulmayacaq. Hazırda da bir çox adanı işğal altında saxlayır”.

Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Korsika dilinin qadağan edilməsi ilə bağlı qərarı şərh edərkən bildirdi. O qeyd etdi ki, Korsika adası ilə bağlı Fransanın qəbul etdiyi bütöv xalqın dilinin qadağan edilməsi ilə bağlı qərar insan hüquqlarına ziddir. Hesab edirəm ki, BMT sözçüsünün bununla bağlı bəyanat verməsi çox ciddi fəsadlara gətirib çıxaracaq. Müasir Avropada insan hüquq və azadlıqlarından danışan Fransa millətlərin hüquq və azadlıqlarına qadağa qoymaqla beynəlxalq hüququ pozur. Fransa həmçinin, “Ümumdünya insan hüquq azadlıqlarının bəyannaməsi”nin tələblərini pozmuş olur. Bu baxımdan BMT tərəfindən etiraz edilməsi və bəyanat şəklində dünyaya çatdırılması Fransa ilə BMT, o cümlədən digər dövlətlər arasında ziddiyyətlərə gətirib çıxaracaq”.

resize.php.jpg (34 KB)

Ç.Qənizadə xatırlatdı ki, Azərbaycan ərazisində çoxsaylı xalqlar yaşayır. Hüquq müdafiəçisi hər bir xalqın hüquq və azadlıqlarının qorunduğunu, onlara xüsusi yanaşma olduğunu bildirdi: “Azərbaycan ərazisində yaşayan hər bir xalqın öz dilində təhsil almaq, mədəniyyətini, mətbuatını inkişaf etdirmək hüququ var. Qarabağda isə 25-30 min erməni olduğu halda səsləndirdikləri bəyanatlar sanki qulaqardına vurulur, Azərbaycanı soyqırımda ittiham etməyə çalışırlar. Guya bu toplumu blokadada saxlamağa çalışırıq. Bu, ikili yanaşmanın təzahürüdür. Azərbaycana bu cür münasibətin başında Fransa durur. XXI əsrdə bütöv xalqın dilinin, adının qadağan edilməsi qərarını verən Fransa öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Fransanın işğalçılıq siyasəti, insan hüquq və azadlıqlarına verdiyi qiymət məhz Korsika xalqının dilinin qadağan edilməsi ilə təsdiqini tapmış oldu. Bu, azsaylı xalqlara qarşı ayrı-seçkilik və beynəlxalq hüququn pozulmasıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR