İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR

2083 10.04.2023 17:51 Son xəbər A A

Bakı metropoliteninin bənövşəyi xəttinin hazırda inşası davam edan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına Idman-Konsert Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında – Calil Məmmədquluzadə küçəsində yerləşəcək: “Burada tikinti işləri “qruntda divar üsulu ilə, yanı, yuxarıdan alt qatlara doğru aparılır. Orazinin relyefindən asılı olaraq, işlər hazirda 29-32 metr dərinlikdə, 4-cü həyata keçirilir. Ümumon qeyd edək ki, “qruntda divar” üsulu yaşayış sahalarinda daha samarali va rahat, məhdud makanlara uyğunluğu va effektivliyi ilə seçilir. Bununla yanaşı, texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilmasi baxımından da daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi. dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması “qruntda divar” üsulunu fərqləndirən keyfiyyatlardandir. Buna qədər bənövşəyi xəttin “Memar Əcəmi” v “8 Noyabr” stansiyaları analoji qaydada aparılıb.

Tikinti zamanı səviyyədən səviyyaya enmak üçün qazıntı işləri aparılıb, torpaq qatı çıxarılıb, dəmir-beton konstruksiya qurularaq beton döşəmə təbəqəsi inşa olunub”.

B. Məmmədov bildirib ki, ümumi uzunluğu 170 metr olan stansiya kompleksinin ilk üç saviyyasinda üzlük işlərinin aparılması üçün normativlərə uyğun tədbirlər görülür. Birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək: “Avtomobil yolunun hər iki tarafi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaat norma və qaydalarına uyğun sonuncu marhalada yerinə yetiriləcək. İkinci səviyyə keçid funksiyası daşıyacaq. Burada platforma saviyyəsinə eniş, eləcə də perspektiv Sarı xattin 6-cı stansiyasına keçid zonasi artiq avvalcadan nazora alınıb. Stansiyada quraşdırılacaq 3 liftdan 2-si bu saviyyədə, biri isə kassa zalında quraşdırılacaq.

Üçüncü səviyyə texniki sahələr üçün nəzərdə tutulub. Burada xidmati otaqlar, 4 havalandırma kamerası tikiləcək.

Dördüncü və yaxud platforma saviyyəsində sağ və sol tunellarin dəmir-beton tübinqlərinin dağıdılması ilə aparılan torpaq qazma işlərinin 90 metrə yaxın hissəsi icra olunub. Digər səviyyələrdə olduğu kimi, yeddivaqonlu qatarları qəbul edəcək 144 m-lik platformada da işlər üç texniki zona üzrə təşkil edilib. Artıq üçüncü zonada platformal döşəmə konstruksiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır, çınqıldan drenaj lay və onun üstündən hazırlıq betonu salınır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR