İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da SON! Rusiya Paşinyanı TƏHDİD etdi: Qərar ver, yoxsa...- CANLI  

1447 16.03.2024 13:03 Son xəbər A A


Təmaslar zamanı Moskva Ermənistanla risklər barədə xəbərdarlıq etmək üçün Qərb dövlətlərinin İrəvanı anti-Rusiya kursuna cəlb edilməsini müzakirə edir, bəzi arqumentlər Ermənistan tərəfindən qəbul edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.

"Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla, o cümlədən çox məxfi şəkildə, yalnız bir məqsədlə danışırıq - xəbərdarlıq etmək", -deyə Zaxarova vurğulayıb.

O, əlavə edib ki, Moskvanın bəzi arqumentləri Ermənistan tərəfi tərəfindən qəbul edilib, hətta müəyyən tədbirlər də görülüb: “Biz çox yaxşı başa düşürük ki, dövlətlər və bütövlükdə kollektiv Qərb onilliklər, əsrlər boyu ölkələrə və xalqlara alət kimi yanaşmaq üçün taktikalardan istifadə edir. Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və kollektiv Qərbin bu taktikanı konkret olaraq postsovet məkanına tətbiq etməyəcəyini düşünmək olardı”.

Zaxarovanın sözlərinə görə, Moskva səmimiyyətlə Ermənistanın öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət yürütməsini istəyir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR