İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinə ləkədir!” - Asim Mollazadə

585 11.07.2023 15:39 Siyasət A A

“Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Qaçaqmal keçirilməsi halları ciddi araşdırılmalıdır”.

Bunu millət vəkili Asim Mollazadə Musavat.com-a Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərini şərh edərkən bildirib.

O qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar öz səlahiyyətlərindən kobud sui-istifadə edirlər: “Bir sıra ölkələr tərəfindən beynəlxalq təşkilatların korrupsiya, qaçaqmalçılıq əməlləri dəfələrlə açılıb. Bu kimi hallar təəssüf doğurur. Bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinə ləkədir. Qaçaqmal kimi silah-sursat keçirilməsi istisna edilmir. Təşkilatın mərkəzi ofisində ciddi araşdırma aparılmalıdır. O cümlədən beynəlxalq ictimaiyyətə bu hadisə ilə bağlı məlumat verilməlidir, Azərbaycandan üzr istənməlidir”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR