İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, Azərbaycan tarixinə QIZIL hərflərlə yazılacaq

1280 20.09.2023 14:44 Siyasət A A

“Yaşadığımız bu gün ən böyük, ən şərəfli, tarixi gündür! Erməni separatçılarının üzərində böyük bir qələbə qazandıq və onları ağ bayraq qaldırmağa məcbur etdik. Bu, böyük qürur, böyük sevinc, misilsiz gündür və Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Yəqin ki, gələcəkdə tarixin bu gününü tarixi bayram günü kimi qeyd edəcəyik”.

Bu sözləri politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, bununla da Azərbaycanın qarşısından daha bir böyük maneə götürülmüş oldu:

“Artıq önümüz açıldı. Bundan sonra mübarizəmizin yeni bir səhifəsini başladacağıq. Bu səhifə bütöv Azərbaycan, türk dünyası səhifəsidir. Biz bunu da həyata keçirəcəyik. Azərbaycan xalqının gözü aydın olsun! Xalqımız bu qələbəyə layiqdir. Şəxsən mənim üçün həyatımızın ən sevincli günüdür. Bu yolda qəhrəmanlıq edən şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə şəfalar diləyirəm".

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR