İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu AXŞAM! Putin Paşinyanla Moskvada nələr danışacaq? Detallar CANLI

695 08.05.2023 15:05 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, mayın 8-də Moskvaya işgüzar səfərə gedəcək. Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

N.Paşinyan mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78 illiyinə həsr olunan tədbirlərdə iştirak edəcək.

“Azərbaycan və Ermənistan liderləri bu həftə sonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü Prezident İlham Əliyevlə Baş naziri Nikol Paşinyan arasında görüş keçirəcək”.

“Financial Times” qəzeti xəbər yayıb. Məqalədə bildirilir ki, qərb müttəfiqləri münaqişədən əziyyət çəkən qonşular arasında vasitəçilik səylərini gücləndirirlər. Məqalədə qeyd olunur ki, bu, fevral ayında Münhendəki danışıqlardan sonra iki liderin şəxsən ilk dəfə görüşü olacaq. Görüşün xarici işlər nazirlərinin keçən həftə Vaşinqtonda geniş müzakirələr aparmasından sonraya təsadüf etməsi diqqət çəkir.

“Financial Times” xatırladır ki, ABŞ dövlət katibi Antoni Blinken bu danışıqları davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə olunması və razılaşmanın əlçatan olduğu kimi təqdim edib.

TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Paşinyan-Putin və Paşinyan-Əliyev görüşlərini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR