İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Qarabağ ermənilərinə status istəyir? Verəcəyikmi? - Rauf Arifoğlu ilə "CANLI DEBAT"

1009 08.06.2022 13:48 Gündəm A A

Musavat.com-a diplomatik qaynaqlardan çatan məlumata görə, Brüssel Qarabağ ermənilərinə hər hansı status verilməsi ilə bağlı Azərbaycana çağırışlar edib. Eyni məzmunla Paşinyanın Azərbaycan tərəfə xahiş etdiyi də gələn iddialar arasındadır. Bir sözlə, həm Brüssel, həm də rəsmi İrəvan qondarma ''artsax'' yükündən qurtulmaq üçün fiktiv də olsa, Azərbaycandan güzəştlər istəyiblər. Azərbaycan buna gedəcəkmi?

Ermənistanda mənzil alan Artsax sakinlərinə onu təchiz etmək üçün dövlət kömək edəcək. Bu barədə Artsaxın Mənzil Məsələləri Komitəsinin sədri Armen Manqasaryan köçkünlər və itkin düşənlərin yaxınları ilə görüşündə məlumat verib. Onun sözlərinə görə, benefisiar ailələrə Ermənistanda güzəştli mənzillərin verilməsi üçün dövlət yardımı proqramı üçün sertifikatlar təqdim etməklə yanaşı, onun təşkili üçün sertifikatlar da veriləcək.

Mənzillərin alınması üçün dövlət dəstəyinin maksimum məbləği bir və ya iki məcburi köçkün üçün 20 milyon dram (40 min dollardan çox), üç nəfər üçün 21 milyon dram (42 min dollardan çox) və dörd və ya daha çox şəxsin işi - 22 milyon AMD (təxminən 45 min dollar). Mebel alınması üçün dövlət dəstəyinin maksimum məbləği isə 1,3-2 milyon dram (təxminən 2-4 min dollar) təşkil edəcək.

Şuşa-Hadrut səfərindən yenicə qayıdan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bizimlə orda gördüklərindən, Rusiya sülhməramlıları ilə bağlı müşahidə etdiklərindən danışacaq. Eyni zamanda Lavrovun Türkiyə səfəri, Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələr və ölkədaxilindəki bəzi sosial problemləri də müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR