İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Silahlı Qüvvələrində ŞOK

1483 31.03.2024 14:48 Dünya A A

Böyük Britaniya Silahlı Qüvvələri silah arsenalını, o cümlədən pulemyotlar, hücum tüfəngləri, reaktiv yaylım atəşi sistemləri və minlərlə patronu itirib.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata əsasən, itirilmiş və ya oğurlanmış silahlara iki ümumi təyinatlı pulemyot (GPMG) daxildir, onlardan biri Kral Dəniz Qüvvələri tərəfindən dənizdə yoxa çıxıb. Dəqiqədə 750 mərmi vura bilən və atış məsafəsi 1800 metrə qədər olan GPMG piyada taborları üçün mühüm silahdır.

Digər itkilərə sıradan çıxmış Rusiya raket qurğusu, səkkizə qədər SA-80 tüfəngi və bir neçə "Glock" tapançası daxildir.

Keçən il oğrular kraliçanın alay qərargahından Birinci Dünya müharibəsi dövründə istismardan çıxmış "Lewis" pulemyotunu oğurlayıblar. Bundan başqa, 50 kalibrli ağır pulemyot isə Uiltşirdəki ordu qərargahından itib.

Ümumilikdə, 2018-ci ildən bəri hərbi bazalardan ən azı 30 silah itirilib və ya oğurlanıb. Bundan əlavə, müdafiə rəsmiləri son 4 il ərzində 1800 kompüter, notbuk və yaddaş kartının itdiyini bildirirlər.

Müdafiə Nazirliyinin son rəqəmləri göstərir ki, son iki ildə 361 notbuk, 98 mobil telefon, 70 kompüter sərt diski, 50 yaddaş kartı itirilib və ya oğurlanıb.

"The Telegraph" qəzetinə müsahibə verən hərbi ekspertin fikrincə, çoxlu sayda itirilmiş kompüter və yaddaş kartları ölkənin silahlı qüvvələrinin təhlükəsizliyinə potensial təhlükə yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR