İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kralında şiş aşkarlandı

552 18.01.2024 15:22 Dünya A A

Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcək. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi dayandıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Bukinhem Sarayının bəyanatında deyilir.

Bəyanatdan aydın olur ki, Kralın prostat vəzində böyümə aşkarlanıb:

"Hər il minlərlə kişi kimi, Kral da prostatın böyüməsi səbəbindən müalicəyə ehtiyac duyurdu. Əlahəzrətin səhhəti yaxşıdır, böyümə xoşxassəlidir və o, gələn həftə düzəliş proseduru üçün xəstəxanaya gedəcək. Kralın ictimai vəzifələri qısa müddətə təxirə salınacaq".

Qeyd edək ki, III Çarlzın 75 yaşı var. O, 2022-ci ilin sentyabrında anası II Yelizavetanın (1926-2022) ölümündən sonra taxta çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR