İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bred Pitt gəlsə, bu qədər sevinməzdim"

595 07.04.2023 10:34 Son xəbər A A

İstanbul Mədəniyyət və Sənət Vəqfi (İKSV) tərəfindən Beynəlxalq İstanbul Film Festivalı bu il 42-ci dəfə təşkil edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, festivalda türk və dünya kinosunun ən seçilən filmləri aprelin 18-dək festival izləyicilərinə nümayiş etdiriləcək. Açılışı festivalın direktoru Kərəm Ayan edib.

Açılışda festivalın xüsusi mükafatı aktyor Kayhan Yıldızoğluna təqdim edilib. Yıldızoğlunun mükafatını isə nəvəsi Zeynep Aybar alıb.

Festivalın ikinci mükafatçısı isə kino və serial aktrisası, eyni zamanda dublyaj sənətçisi Nevra Serezli olub.

c1b9516a-04bb-4f6c-aa4c-05ac54b6981f.jpg (136 KB)

Mükafatı aktyor Metin Akpınardan alan Serezli, "Həqiqətən böyük sürpriz oldu, hətta Bred Pitt gəlsəydi, bu qədər sevinməzdim. Fəxri mükafatı Metin Akpınardan almaq çox dəyərli bir duyğudur" - deyə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, 42-ci Beynəlxalq İstanbul Film Festivalı 12 gün boyunca davam edəcək. Festivalda 84 ölkədən 160 rejissorun 134 uzun və 29 qısametrajlı filmi nümayiş etdiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR