İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidentindən Krım sayıqlaması

1187 07.04.2023 16:45 Son xəbər A A

Braziliyada solçu prezident Luis İnasiu Lula da Silva Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının yolunu açıqlayıb. “Fiqaro” qəzetinin 7 aprel sayında verilən məlumata görə, dövlət başçısı jurnalistlərlə söhbətində deyib ki, Krımı Rusiyaya güzəştə getməklə müharibəni dayandırmaq olar: “Dünyaya sakitlik gərəkdir. Biz çıxış yolu tapmalıyıq. Rusiya prezidenti Ukraynanı tuta bilməz, ancaq Ukrayna prezidenti də hər şeyi istəməməlidir”.

Novator.az bildirir ki, 1945-ci il təvəllüdlü Luis İnasiu Lula da Silva 2003-2010-cu illərdə prezident kürsüsünü tutub, 2022-ci ildə yenidən dövlət başçısı seçilib.

1873-cü ildə Rusiyanın işğalı altına düşən, 1954-cü ildə Ukraynaya verilən Krım qədim türk torpağıdır.

Rusiya Krım yarımadasını 2014-cü ildə işğal edərək Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

Dünya birliyi Rusiyadan Ukrayna torpağının hər qarışından qeyd-şərtsiz çəkilməyi tələb edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR