İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK nə üzlə Azərbaycanla əməkdaşlıq edəcək?

691 10.09.2023 22:40 Siyasət A A

Rusiya Qırmızı Xaç Komitəsinin Ağdam-Xankəndi marşrutu üzrə Qarabağın erməni sakinlərinə göndərmək istədiyi ərzaq yardımına Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş ofisi tərəfindən maneənin törədilməsi və yükün hələ də Bərdə şəhərində gözləməyə məcbur edilməsi nədən xəbər verir?

Bu, ilk növbədə o deməkdir ki, BQXK mandatını, Cenevrə konvensiyalarını və beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq humanitar yardım məsələsini siyasiləşdirib və "Qarabağda humanitar fəlakət baş verir" deyən Ermənistanın siyasi manipulyasiyasının alətinə çevrilib.

İkincisi, BQXK bu addımı ilə təsdiq edir ki, bu qurum nəinki Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir, eyni zamanda, sadiq qalmağa borclu olduğu neytrallıq prinsiplərini də heçə sayır və Qarabağda ermənilər tərəfindən süni şəkildə yaradılmış "humanitar çətinliyin" aradan qaldırılmasına mane olur.

Üçüncüsü, BQXK bu davranışı ilə onu da göstərdi ki, bu qurum Fransa kimi ölkələrin əlində Azərbaycana əlavə təzyiq mexanizmi kimi istifadə edilir.

Sual olunur, bütün bu riyakarlıqdan və özünüifşadan sonra BQXK nə üzlə "humanitar fəlakət"dən danışa və ya Azərbaycanla əməkdaşlıq edə biləcək?

Düşünürəm ki, həm bugünkü əsassız qərarına, həm Xankəndidəki ofisini hələ də İrəvana tabe etdirdiyinə və həm də Laçın yolundan qaçaqmalçılıq məqsədilə istifadə etdiyinə görə Azərbaycan BMT və digər beynəlxalq təşkilatlara müraciət etməli, beynəlxalq humanitar qanunları və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə BQXK ilə əməkdaşlığın bundan sonra mümkün olmadığını diqqətə çatdırmalıdır.

Azay Quliyev, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR