İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK Bakının hansı şərtlərinə əməl etməlidir? - Ekspertlərdən fərqli yanaşmalar

459 12.07.2023 08:40 Gündəm A A

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırılıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd olunub ki, Ermənistanla dövlət sərhədində Laçın dövlət sərhəd buraxılış məntəqəsindən BQXK-ya məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkar olunub.

Qaçaqmalçılıq cinayətinin ifşa edilməsi ilə BQXK beynəlxalq ictimaiyyətin nəzərində öz nüfuzuna böyük zərbə vurmuş oldu. Azərbaycan cəmiyyətində isə ona olan etimad tamamilə sıfıra endi.

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Bu barədə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması, Laçın-Xankəndi yolu üzərində, Azərbaycanın Ermənistanla şərti sərhədindəki buraxılış məntəqəsindən müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd göstərməsi, bu təsisatın tarixində yeni və ilk ikrah doğuran hadisə deyil. Bu komitənin “tarixində” “Beynəlxalq Qırmızı Xaç Komitəsi” adından istifadə etməklə offşor şirkətlərinin qeydə alınmasından, əməliyyatların bemefisiarlarının əldə edilməsindən humanitar yardımların, hətta uşaq oyuncaqlarının satılmasından, dələduzluğa, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdığı vəsaitlərin mənimsənilməsinə kimi çoxsaylı cinayətlər yer alıb: “Panamada fəaliyyət göstərən "Mossack Fonseca" adlı hüquq şirkətinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə “işbirliyinə gedərək, komitənin adından offşor şirkətlərini qeydiyyata aldırması və bu şirkətlərdən çirkli pulların yuyulmasında istifadə olunması "Qırmızı Xaç"ın rəngini və üzünü qaraldan hadisələrdən sadəcə biridir.

2016-cı ildə Ukraynada bu ölkənin media resurslarının apardığı araşdırmalar Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbər şəxslərinin humanitar yardımları satması, ödənişli tibb kursları açaraq qanunsuz yollarla pul qazanması və digər korrupsiya, mənimsəmə faktlarını ortaya çıxarmışdı. 

2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə üçün ayrılan vəsaitin 5 milyon dolları da Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının zavalına gəlib.

BQXK-nın nəqliyyat vasitələrindın qaçaqmalçılıq üçün istifadə edildiyi üçün  Laçın buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırılıb – DSX

İstintaq müəyyən edib ki, Liberiyada proqram həddindən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib. Nəticədə 2,7 milyon dollar oğurlanıb.

Syerra-Leonedə təhqiqatçılar BQXK əməldaşları ilə yerli bankirlər arasında 2 milyon dollarlıq sövdələşmənin olduğunu aşkarlayıblar. Qvineyada saxta gömrük hesab-fakturaları ilə təxminən bir milyon dolların mənimsənildiyi aşkarlanıb.

İndi isə bu komitənin Azərbaycan ərazisindəki separatçı ermənilərlə işbirliyinə getməsi qaçaqmalçılıq cinayəti ilə məşğul olduğu ifşa edildi".

Bəs BQXK öz fəaliyyətini davam etdirməsi üçün hansı şərtlərə əməl etməlidir?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Bakupost.az-a açıqlamasında bildirib ki, artıq qərar vermə növbəsi BQXK-nındır: “Azərbaycan hökuməti dövlət qurumunun adı ilə qərarını verib. BQXK da fəaliyyətini davam etdirmək istəyirsə, Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməlidir. Azərbaycan BQXK-ya deyib ki, hər dəfə əziyyətlə "Laçın" dəhlizindən keçirsiniz, xəstələri ora-bura aparırsınız, Azərbaycan ərazisindən keçin. Bura Azərbaycanındır. Onlar bu tələbi qəbul etmədiyi üçün Azərbaycan tərəfi qəti qərar qəbul edərək, ölkə ərazisində onların fəaliyyətlərini dayandırıb".

Z.Əlizadənin sözlərinə görə, BQXK-nın bu addımı humanitar yardımla əlaqəlidir: “Ümumiyyətlə, Azərbaycan xalqı BQXK-ya minnətdar olmalıdır. Bu qurum xalqımızın ağır günlərində, vətəndaşlarımız didərgin düşəndə uzun illər qaçqınlarımıza yardım göstərib. Görünür, indi də Qarabağda hansısa humanitar fəaliyyətlə məşğul olmaq istəyib. Lakin Azərbaycan tərəfi bu quruma bildirib ki, öz fəaliyyətinizi Ermənistandakı nümayəndəliklərlə yox, Azərbaycandakı nümayəndəliklərlə qurmalısınız. Çünki Qarabağ Azərbaycan ərazisidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR