İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK Azərbaycan ofisindən reaksiya: “Qətiyyətlə təkzib edirik”  

657 11.09.2023 16:52 Siyasət A A

 

“Biz, Rusiya Qızıl Xaç Cəmiyyətinin əraziyə humanitar yardım daşımasına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əngəl olması və ya siyasi məsələlərə müdaxilə etməyimiz barədə iddiaları qətiyyətlə təkzib edirik”.

Musavat.com-un məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan ofisinin yaydığı açıqlamada belə deyilir. Təşkilatın sosial şəbəkə üzərindən yaydığı açqıqlamasında bildirilir ki, humanitar yardımın həyata keçirilməsi barədə qərarın verilməsi tərəflərin iradəsindən asılıdır.

“Neytral, qərəzsiz və müstəqil təşkilat olaraq bizim fəaliyyətlərimiz müstəsna olaraq humanitar məqsəd daşıyır və ən çox ehtiyacı olanlara yardımın çatdırılmasına yönəlir. Biz son həftə ərzində həm qərar vermə səlahiyyətli şəxslər, həm də Qızıl Xaç və Qızıl Aypara Hərəkatından olan tərəfdaşlarımızla, istər Laçın yolu, istərsə də Ağdam yolu üzərindən əraziyə yardımın çatdırılması barəsində dialoqda olmuşuq. BQXK-nın bütün fəaliyyətləri tam şəffaf şəkildə, bütün qərar vermə səlahiyyətli şəxslərlə koordinasiya edilərək və yalnız onların razılığı ilə həyata keçirilir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR