İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyükşor gölündə naməlum kişi meyiti tapılıb, araşdırmalara başlanılıb

470 17.03.2023 15:46 Kriminal A A

Böyükşor gölündə naməlum kişi meyiti tapılıb, araşdırmalara başlanılıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub. Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğuya cavab olaraq bildirilib ki, martın 17-də paytaxtın Böyükşor gölündə naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR