İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Quruluş Partiyası qeydiyyata alındı

523 09.09.2023 15:33 Siyasət A A

Böyük Quruluş Partiyası qeydiyyata alınıb.

Musavat.com bildirir ki, bu haqda partiya sədri Fazil Mustafa öz sosial media hesabında paylaşım edib.

"Böyük Quruluş Partiyasının əziz, dəyərli üzvlərinin Ədliyyə Nazrliyində reyestri təsdiq olundu. Yola davam. Bütün partiya üzvlərini və tərəfdarlarını təbrik edirəm. Bu ilin dekabar ayında partiyamızın yaranmasının 20 ili tamam olur. Bu yubiley ilində bir daha göstərdik ki, kiçik quruluşların əhatəsində böyük danışmadan böyük quruluşumuzu, faydalı kimliyimizi qoruduq, dövlətin və millətin maraqlarından kənar bircə addımımız və bircə düşüncəmiz olmadı. Duyduq, duymadıq deməyin: kimlər bizdən irəli şığıyıbsa, enində-sonunda durub bizi gözləyəcəklər. Kimlər geridə qalıbsa, bizə yetişməyə məcbur olacaqlar! Allah dövlətimizi və millətimizi qorusun!", - F.Mustafa qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR