İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın Bakıdakı səfirliyi necə qorunur? - reportyorlarımız gerçəyi üzə çıxardı (Video)

1643 05.08.2022 21:24 Gündəm A A

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Videokadrlara diqqətlə baxanda aydın görünür ki, radikal qrup üzvləri çox rahat şəkildə səfirliyin binasına basqın edərək, ələ keçiriblər.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi tviter səhifəsində, Britaniya diplomatik nümayəndəliklərin qorunması məsələsinə çox ciddi yanaşdıqlarını qeyd etsələr də, yaşananlar bunun tam əksini göstərdi.

Bəs görəsən bizim ölkəmizdə Britaniya səfirliyi necə qorunur?

TV Musavat-ın əməkdaşları olaraq, səfriliyin təhlükəsizliyini öyrənməyə çalışdıq.

Səfirliyin arxa girişindən bir qədər aralıda stəndap etdikdən sonra, səfirliyin binasına doğru yönəldik. Binanın arxa girişindən səfirliyin həyətinə çox rahat şəkildə daxil olduq. Buna baxmayaraq mülki geyimdə olan bir neçə vətəndaş bizim hara getdiymizi soruşdular. Britaniya səfirliyinə getdiyimizi eşidən kimi, bizi binanın önündə dayanan polislərin yanına gətirdilər. Polislər bizi əhatəyə alıb, əlimizdəki kamera ilə nələrisə çəkib - çəkmədiyimizi soruşdular. "Çəkmədik" desək də, əmin olmaları üçün kameramıza ötəri nəzər yetirdilər. Ondan sonra gəlişimizin məqsədini soruşdular. Səfirlikdən məlum hadisə ilə bağlı açıqlama almaq istədiyimizi bildirdik. Onlar isə səfirlikdən heç bir məsul şəxsin olmadığını qeyd etdilər. Daha sonra səfirliyin binasından görüntü götürmək üçün icazə istədik, ona da "yox" cavabı aldıq.

Gördüklərimizdən belə məlum oldu ki, Azərbaycanda Britaniya Səfirliyi maksimum şəkildə qorunur. Binaya nəinki daxil olmaq, yanından keçmək belə müşkül məsələdi.

Biz təhlükəsizliyin necə qorunmasını əyani göstərmək üçün gizlin də olsa bir neçə kadr çəkməyə nail oldu. Həmin kadrları sizə təqdim edirik:

 

Anar Əhməd
Video Elçin Əkbərov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR