İnsanlara hürriyət, millətlərə istiqlal!

"Böyük Britaniya Avropanın ən azərbaycanpərəst ölkəsidir" - Neil Vatson

881 17.08.2023 16:34 Siyasət A A

"Hesab edirəm ki, ötən gün Böyük Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Ceyms Kariukinin çıxışı səliqəli və qərəzsiz idi. O, “blokada” sözünü deməsə də, həyati əhəmiyyətli təchizatın kəsildiyinə və yardımın siyasiləşdirildiyinə inandığı görünürdü ki, bu da erməni rəvayətidir".

Bu sözləri Böyük Britaniyada yaşayan politoloq-jurnalist Neil Vatson Musavat.com-a açıqlamasında bildirib.

O həmçinin vurğulayıb ki, buna baxmayaraq, Ceyms Kariuki Böyük Britaniyanın BQXK-nın bütün marşrutlardan istifadə edə bilməsi və tarixi danışıqların davam etdirilməsi ilə bağlı fikrini təkrarlayıb.

WhatsApp Image 2023-08-17 at 16.29.20.jpeg (91 KB)

"Əminliklə qeyd edirəm ki, Böyük Britaniya Avropanın ən azərbaycanpərəst ölkəsi olaraq qalır", - deyə, Vatson qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Ceyms Kariuki ötən gün keçirilən müzakirədə bildirib:

"Laçın dəhlizi boyunca hər iki istiqamətdə maneəsiz hərəkəti təmin etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinin fevral ayı qərarına əməl edilməlidir. Tərəflər BQXK-nın bütün mövcud marşrutlar üzrə çıxışına icazə verməlidir ki, qurum öz həyati vəzifəsini yerinə yetirə bilsin. Bütün tərəflər mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardımın siyasiləşdirilməsindən çəkinməlidir".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR