İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT missiyası bu ölkəni TƏRK EDİR

514 29.02.2024 14:10 Dünya A A

BMT Sudandan Keçid Yardım Missiyasının (UNITAMS) çıxarılmasını başa çatdırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, BMT baş katibinin mətbuat katibi Stefan Düjarrikin bəyanatından sonra martın 1-də başlayacaq missiyanın ləğvi prosesinə nəzarət etmək üçün təşkilat işçilərindən ibarət kiçik bir qrup Port Sudan şəhərində qalacaq.

Dujarrikin sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş missiyanın ləğvi məsələsində Sudan hökumətinin tam əməkdaşlığına ümid edir.

A.Quterreş Sudanda müharibə edən tərəfləri silahlarını yerə qoymağa və sülh danışıqlarına başlamağa çağırıb.

Bəyanatda BMT-nin Sudanı tamamilə tərk etmək niyyətində olmadığı vurğulanır. Təşkilat ölkə sakinlərinə humanitar yardım göstərməyə davam edəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR