İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də Qarabağ ermənilərinin toyunu "təbrik edən" Yaşar Əliyev kimdir - DOSYE

18653 17.08.2023 23:28 Son xəbər A A

Xəbərin ilk yayınlanma vaxtı 01:40

Musavat.com bu gün keçirilən BMT Təhlükəsizlik Şurasının "Laçın yolu"ilə bağlı Ermənistanın müraciəti əsasında fövqəladə iclasında Ermənistana və onun havadarlarına tutarlı faktlarla cavab verən Yaşar Əliyev haqqında qısa arayışı təqdim edir:

Yaşar Əliyev 1955-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakıda doğulub.

Təhsil:

1972 - 1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.

1980 - 1982 - ci illərdə aspiranturanı Şərqşünaslıq İnstitutu, Sovet Elmlər Akademiyasında (Moskva) oxuyub.

1991 - 1992 -ci illərdə təhsilini Moskva şəhərində Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında davam etdirib.

Peşəkar təcrübə:

1989 - 1990 - cı illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin İnformasiya və Siyasi Təhlil İdarəsinin siyasi işçisi olub.

1990 - 1992 - ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi, rəis müavini və şöbə müdiri vəzifəsində çalışıb. 

1992 - 2002 - ci illərdə Azərbaycan Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili olub. 

2002 - ci ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi alıb. 

2002 - 2006 - cı ildə İqamətgahı Nyu-Yorkda olan Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 

2006 - 2011 - ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

2007 - 2009 - cu illərdə İqamətgahı Vaşinqtonda olan Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri olub. 

2011 - 2014 - cü illərdə Böyük Yaxın Şərq, Qoşulmama Hərəkatı, İƏT-də Xüsusi tapşırıqlar üzrə Səfir olub. 

Aprel 2014-cü ildə  Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi kimi fəaliyyətini davam etdirir. 

Xarici dillər:

İngilis, Rus və Ərəb  

Ailə vəziyyəti:

Ailəlidir, üç övladı var

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR