İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT baş katibindən Navalnının ölümü ilə bağlı ÇAĞIRIŞ

622 17.02.2024 02:55 Dünya A A

BMT-nin Baş katibi Antoniu Quterriş rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı tam və şəffaf təhqiqatın aparılmasına çağırıb.

Bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinq zamanı məlumat verib.

“Baş katib müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi ilə bağlı xəbərlərdən şoka düşüb. Baş katib Navalnının ailəsinə başsağlığı verir və Navalnının ölümünün tam, etibarlı və şəffaf şəkildə araşdırılmasına çağırır”, - deyə Dyujarrik bildirib.

Xatırladaq ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyü barədə məlumat yayıb.

Qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR