İnsanlara hürriyət, millətlərə istiqlal!

Birjalarda qızıl xeyli ucuzlaşıb

689 06.04.2022 11:31 İqtisadiyyat A A

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,31%, yaxud 6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 921,5 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,67% düşərək, 1 unsiyası 24,37 ABŞ dolları təşkil edib.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,554%-dən 2,631% səviyyəsinədək artıb.

Analitiklər hesab edirlər ki, ABŞ-da dövlət istiqrazlarının gəlirliliyinin artması qiymətli metal üçün problem olaraq qalmaqda davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR