İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir il əvvəl yoxa çıxan modelin meyiti tapıldı

961 25.04.2024 10:14 Dünya A A

Taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

Modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçən və restoranda işə başlayan Kaikan Kaennakam 1 il əvvəl yoxa çıxıb. 

Ailəsi aylarla onu axtarıb. Onlar Bəhreyndəki Tailand icmasına müraciət edərək kömək istəyiblər.

Lakin aprelin 18-də Tailand səfirliyi Kaikanın ailəsinə Salmaniya Tibb Kompleksinin morqunda qadın meyitinin tapılması barədə məlumat verib.

Ailə üzvləri modelin ayağındakı döymə sayəsində cəsədini tanıya bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR