İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gecədə tərk edildi! 69 ildir heç kimin yaşamadığı kəndin İLGİNC hekayəsi - FOTOLAR

2260 19.04.2026 12:43 Dünya A A

Muğlanın məşhur turizm bölgəsi Fethiye yaxınlığında yerləşən və “xəyal kəndi” kimi tanınan Kayaköy 69 il əvvəl tərk olunub. Bu gün isə kəndin səssizliyi insanın içini titrədən bir mənzərə yaradır. Bir zamanlar burada həyat qaynayırdı, indi isə yalnız küləyin səsi və qayalara oyulmuş məzarlar danışır.

Musavat.com xəbər verir ki, hər il təxminən 100 min turistin ziyarət etdiyi Kayaköy tarix və təbiətin nadir vəhdətini təqdim edir.

Keçmişdə türklərlə rumların birlikdə yaşadığı bu yaşayış məntəqəsi Fethiye ilə Ölü dəniz arasında, dəniz səviyyəsindən 65 metr yüksəklikdə, dağ yamacında yerləşir.

Kəndin ətrafında yerləşən Antikraqos dağlarındakı qaya məzarları bu əraziyə xüsusi tarixi dəyər qazandırır. Bəzi mənbələrə görə, kənd XI əsrdə, digərlərinə görə isə XIV əsrdə bölgədə yaşayan rumlar tərəfindən Likiya sivilizasiyası qalıqları üzərində salınıb.

Məşhur səyyah Övliya Çələbi də öz səyahətnaməsində rumca adı “Levissi” olan Kayaköydən bəhs edir. XX əsrin əvvəllərinə qədər bu kənd zəngin və inkişaf etmiş bir yaşayış məskəni kimi tanınıb. Bir vaxtlar təxminən 6500 nəfərlik əhalisi olan kənd kilsələri, məktəbləri, xəstəxanası, apteki, poçtu və müxtəlif emalatxanaları ilə regionun mühüm sosial və ticarət mərkəzlərindən biri idi. Bu gün isə 500-dən çox evin xarabalıqları qalır və onların hər biri keçmişin izlərini daşıyır.

Ziyarətçilər kəndə bilet alaraq daxil olur və bu tərk edilmiş məkanı yaxından görə bilirlər.

Muğla Mədəniyyət və Təbii İrsin Qorunması Şurası tərəfindən “Birinci qrup abidə” kimi qeydiyyata alınan Kayaköy UNESCO tərəfindən “Dünya Dostluq və Sülh Kəndi” elan edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR