İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir dəfnin üzə çıxardığı gerçək - media “sabun operası” rolunda...

3260 28.03.2023 08:25 Gündəm A A

Prodüser Oqtay Əliyevin dəfn mərasimində bir sıra media işçilərinin narazılığa səbəb olan hərəkətləri günlərdir tənqid edilir.

Bəziləri jurnalistləri bu cür süjetlər hazırladıqlarına görə qınayırlar. Bəzi mütəxəssislərə görə, belə mərasimlərə hazırlıqsız, yalnız mikrofon tutmağı bacaran reportyorları göndərən redaksiya rəhbərliyi məsuliyyət daşıyır.

 Turan İbrahimov “Space”dəki SON EFİRİNDƏ hər şeyi AÇIQ ŞƏKİLDƏ DEDİ - VİDEO

  Turan İbrahimov

Tanınmış teleaparıcı Turan İbrahimov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, belə bir faciə ilə üzləşmiş ailənin üzvlərinin fəryad etdiyi çəkib göstəməyə ehtiyac yox idi. Turan İbrahimov Mətbuat Şurasına və Media Agentliyinə müraciət edərək, bu məsələ ilə  bağlı konkret addımların atılmasını istəyib: “Mən ölümdən daha çox öləcəyim təqdirdə doğmalarımın ətrafında bu cür bənzər hadisənin olacağından qorxmağa başlamışam. İstəmərəm ki, doğmalarım həmin an pərişan, çarəsiz vəziyyətində kameralara tuş gəlsin. Ümumiyyətlə, qanunvericilikdə  bununla bağlı çərçivələr müəyyənləşib. Lakin nəzarəti gücləndirmək lazımdır. Hesab edirəm ki, xüsusilə Mətbuat Şurası bu istiqamətdə konkret addımlar atmalıdır. Həmçinin peşəkar jurnalistlər,  ictimaiyyət nümayəndələri öz mövqelərini bildirməlidir ki, növbəti hansısa məşhur vəfat edəndə bu cür situasiya ortaya çıxmasın”.

Qeyd edək ki, Mətbuat  Şurası məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda Oqtay Əliyevin yol qəzasında dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı media orqanlarındakı təqdimatlarda, sosial şəbəkə paylaşımlarında nəinki Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayadalarının pozulması halları, ümumən, insani normalara ciddi sayğısızlıq elementlərinin müşahidə edildiyi qeyd olunub.

Xatırladaq ki, 2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Jurnalistlərinin Etik Davranış Qayadaları qəbul edilib. Sənəd ATƏT və Azərbaycan  Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilib. 2018-ci ildə Avropa Şurasının  və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ona yeni prinsiplər əlavə edilib. Bütün dəyişikliklər 2022-ci il sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII Qurultayında bütün yenilik və dəyişikliklər təsdiq olunaraq qüvvəyə minib. Həmin sənədin III Prinsipinin 3.6-cı bəndində qeyd edilib: “Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır”.

Bəs redaksiya rəhbərliklərinin bu məsələ ilə bağlı mövqelərini necədir?

Ölkədə qiyam olacağını azı 1 milyon adam bilirdi...-jurnalist Xalid Kazımlı

Xalid Kazımlı: “Jurnalistlər arasında sanki ”filankəslərin ağlamasını ən yaxşı biz çəkdik" yarışması var" 

Musavat.com-un baş redaktoru Xalid Kazımlının sözlərinə görə, bir insanın vaxtsız vəfatı, həlakı yalnız o zaman mediatik hadisə ola bilər ki, orada bir səhlənkarlıq, sui-qəsd olsun: “Onda da diqqətləri dəfnə gələnlərin, mərhumun yaxınlarının ağlamasına, hüznünə yönəltmək yox, ölümə səbəb olmuş durumun və ya şəxslərin üzərinə cəmləmək lazımdır. Ağlamaq insanın emosional halıdır, zəif məqamıdır, estetik deyil, ona görə də bunu çəkib göstərmək, "göz yaşı ovu"na çıxmaq etik hərəkət sayıla bilməz. Təsadüfi deyil ki, bir məclisdə, toplantıda duyğusal ovqata qapılan və kövrələn şəxslər dərhal özlərini ələ alır və toplaşanlardan üzr istəyir. Amma hazırda jurnalistlər arasında sanki bir yarışma var, “filankəslərin ağlamasını ən yaxşı biz çəkdik” deyə... Bu, düzgün deyil. Məşhur adamın vəfatının, dəfninin bu cür aşırı dərəcədə işıqlandırılmasına ehtiyac yoxdur, diqqəti onun həyat və yaradıcılığına, özündən sonra qoyub getdiyi işlərə yönəltmək lazımdır".

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli: “İnsan faciəsi üzərindən reytinq  qazanmaq əxlaqsızlıqdır”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də qeyd etdi ki, narazılıq doğuran davranışlar qeyri-peşəkarlıqdan irəli gəlir: “Çox təəssüf ki, az qala hər gün hansısa jurnalistlərin peşə, etik qaydalarını pozması ilə bağlı faktlarla qarşılaşırıq və bu problemlər getdikcə daha da artmaqdadır. İndi peşəkarlıq, keyfiyyət ikinci plana keçib, kəmiyyət göstəriciləri isə öndədir, bu səbəbdən bir sıra problemlərin ortaya çıxmasına zəmin  yaranıb.

Təbii ki, bu həm də mənəvi deqradasiya, mənəvi  problemdir və bu həm də təkcə medianın  problemi deyil. Çünki məlum olduğu kimi, belə məlumatlar, görüntülər, videolar daha çox sosial şəbəkələr, o cümlədən “Tiktok” üzərindən yayımlanır. Diqqət edəndə görürük ki, həmin platformada yayımlanan görüntülər və ya dəfn mərasimindən çəkilən materiallar daha biabırçıdır. Bu, geniş bir müzakirə mövzusu olan problemdir və təkcə Azərbaycanın sərhədləri, Azərbaycan qanunvericilik çərçivəsində həlli mümkün olmayan məsələdir.

Hesab edirəm ki, peşəkar medianın bu axarın arxasınca düşməsi, sosial şəbəkələrdəki kontingentlərlə reytinq yarışına çıxmaq məqsədi ilə belə addımlar atması yolverilməzdir və həmin mediaya  peşəkar demək mümkün deyil. İlk növbədə hər kəs nəzərə almalıdır ki, baş verən hadisə insan faciəsidir və bu faciə üzərindən reytinq qazanmaq əxlaqsızlıq, mənəviyyatsızlıqdır  və bundan aşağı qeyri-humansit davranış görünməyib. Bu təkcə Azərbaycana  xas olan xüsusiyyət deyil, bəşəri düşüncə tərzi, mədəniyyətin tərkib hissəsidir ki, heç bir halda insan faciəsindən istifadə etmək olmaz.

Başqa bir amili də qeyd etmək istərdim, burada vəfat edən şəxsin dəfn mərasimini keçirən doğmaların, yaxınların da məsələyə münasibət bildirməsinə ehtiyac var. Doğrudur, həmin vaxt onlar çox emosional halda olur, bütün bu məsələlərə diqqət  yetirmək imkanında olmurlar və sairə. Lakin buna qarşı hüquqi addımların atılması və yaxud qınayıcı münasibət bildirilməsi həmin şəxslərin özündən qaynaqlanmalıdır.  Əgər  onlar bu cür hadisələrə öz etiraz səslərini qaldırsalar, şübhəsiz ki, gələn də bu cür hallar yaşanmaz. Lakin istənilən halda biz belə etirazların şahidi olmuruq".

Elçin Şıxlı Prezidentə məktub YAZDI

Elçin Şıxlı: “Bir çoxları jurnalistikanı zarafat  sayır və onu peşə kimi qavramır”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə qeyd etdi ki, jurnalistikanın peşə olduğunu anlamayana qədər belə narazılıqlar çox olacaq: “Çünki bir çoxları jurnalistikanı zarafat, oyuncaq  sayır və onu peşə kimi qavramır. Bir neçə ildir ki, texnologiyaların inkişafı nəticəsində vətəndaş və yaxud  ”xalq jurnalistikası" deyilən bir məfhum yaranıb. Öncə qeyd edim ki, ümumən informasiya axtarıb tapmaq, araşdırmaq və paylaşmaq bütün dünyada icazə verilmiş haldır, o cümlədən də Azərbaycan Konstitusiyasında belə bir bənd var ki, hər bir vətəndaş informasiyanı axtarıb tapa və onu paylaşa bilər. Amma çox təəssüf ki, bir çoxları  bunu düzgün başa düşmür. Yəni jurnalistika peşədir. Tarix boyu jurnalistlər tanınmış, ictimaiyyət, xalq üçün dəyərli olan şəxslərin dəfn mərasimlərini çəkiblər. Bu normal haldır. Lakin indi əksər hallarda etik qaydalar pozulur və bu tendensiya baş alıb, gedir. Təbii ki, dəfn mərasimi zamanı vəfat edənin yaxınları, qohumları böyük iztirab içərisində olurlar, acı, çətin günlərini yaşayırlar. Belə bir vaxtda onların “ağzının içinə girmək” tərbiyəsizlikdir. Tutaq ki, fotoqraf, operator dəfn mərasiminə gedib, materiallar çəkib gətirir. Onun gətirdiyi materialların içərisindən etik qaydalar uyğun olanını seçib, sayta, qəzetə, televiziya efirinə vermək redaktorların, peşəkar jurnalistlərin işidir".

 Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR