İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə neft qurğularından oğurluq edən şəxs tutuldu – VİDEO

612 16.12.2022 14:59 Kriminal A A

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.

Faktlarla bağlı 43-cü polis bölməsində toplanan materiallar istintaqa təqdim olunub.

Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü polis bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR