İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda yaşayış binasında partlayış olub, yaralananlar var -VİDEO

588 24.04.2023 20:28 Hadisə A A

Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə daxil olub.

FHN-dan APA-nın sorğusuna cavab olaraq bildirib ki, ilkin ehtimala görə mənzildə partlayış qaz sızmasından qeydə alınıb.

Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş berən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.

***

Biləsuvarda yaşayış binasında partlayış olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerində yaralılar var.

Partlayış yerinə hüquq-mühafizə, FHN-in yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR