İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda baş verən ağır qəzada yaralananların 10-u evə buraxılıb

597 30.10.2022 14:57 Gündəm A A

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

Bu barədə TƏBİB-dən APA-ya daxil olan məlumatda bildirilir.

Qeyd edilir ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir.

“Qeyd edək ki, qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR