İnsanlara hürriyət, millətlərə istiqlal!

Bıçaqlanan tamadanın SON DURUMU: oğlu danışdı

790 05.07.2022 12:51 Hadisə A A

Xəbər verdiyimiz kimi, tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

Oğlu Məhəmməd Axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, musiqiçi hələ də reanimasiyadadır:

"Hadisə gününün səhərisi atamı özəl xəstəxanaya gətirdik. Onda ambulansda gördüm. O vaxtdan görə bilmirəm. Vəziyyəti yaxşı deyil. Daxili qanaxması olub. Bir də nəfəs ala bilmir. Reanimasiyadadır, həkimlər bir söz demir".

Məhəmməd əlavə edib ki, atası şəkər xəstəsidir.

Qeyd edək ki, N.Dağlaroğlu iyulun 2-də gecə saatlarında "Altun" sarayda toyda bıçaqlanıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Məhəmməd açıqlamasında bildirib ki, mübahisə zamanı o da əlindən bıçaq zərbəsi alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR