İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtsiz casus – ABŞ Uilanı yox, başqasını rus casusla dəyişib

521 21.12.2023 11:25 Dünya A A

2020-ci ildə Rusiyada casusluqda ittiham olunan amerikalı Pol Uilan ABŞ-ın ondan imtina etdiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində danışıb.

Uilanın sözlərinə görə, Vaşinqton bir neçə mübadilə imkanını əldən verib və bununla da ona xəyanət edib.

O əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası onu Amerika həbsxanasında 14 il cəza çəkmiş rusiyalı Viktor Butla dəyişməkdən dəfələrlə imtina edib. 2022-ci ilin dekabrında But basketbolçu Britni Qreyner ilə mübadilə edilib.

“Mən bilirəm ki, ABŞ-ın mübadilə üçün müxtəlif təklifləri var, lakin onlar rusların istədiyi kimi deyil. Buna görə də ABŞ səlahiyyətliləri hansının işləyəcəyini görmək üçün variantları nəzərdən keçirirlər. Problem ondadır ki, onlar bunu edərkən mənim ömrüm gedir”, - Uilan deyib.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Rusiya ilə casusluğa görə həbs olunan Pol Uilan və jurnalist Aleksandr Qerşkoviçin geri qaytarılması ilə bağlı fəal danışıqlar apardığını bildirmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR