İnsanlara hürriyət, millətlərə istiqlal!

"Beşiktaş"ın Delibaşı komandadan kənarlaşdırıldı

477 20.02.2024 11:31 İdman A A

Türkiyənin "Beşiktaş" klubu 21 yaşlı yetirməsi Emirhan Delibaşla müqaviləni ləğv edib. Buna səbəb futbolçunun tanışlıq saytında qeydiyyatdan keçməsi və azarkeşlərin bu durumu kəskin tənqid etməsi olub.

Musavat.com xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

21 yaşlı Emirxan Dəlibaşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçu proqramdan istifadə etdiyinə dair xəbərlərə böhtan adlandırıb.

Delibaşa aid edilən profildə onun vanna otağında çəkdirdiyi selfi, komandanın adı və qorxu filmləri, qış idmanları kimi maraqları qeyd olunub. Futbolçu yaşını da 21 əvəzinə 24 yazıb.

Bu mövsüm Delibaş cəmi iki dəfə əvəzedici heyətlə meydana çıxıb. Futbolçu Türkiyənin gənclərdən ibarət milli komandalarında 5 oyun keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR