İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş ölkədən Avropa Komissiyasına tələb irəli sürüldü  

969 21.03.2024 13:45 Dünya A A

Litva Latviya, Estoniya, Polşa və Çexiya ilə birlikdə Avropa Komissiyasını (AK) Rusiya və Belarusdan Aİ-yə taxıl idxalını qadağan etməyə çağırır.

Musavat.com BNS-yə istinadən xəbər verir ki, kənd təsərrüfatı nazirlərinin müraciəti Litva tərəfindən irəli sürülüb.

Bu barədə məlumatı Litvanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Kestutis Navickas açıqlayıb: "Biz Avropa İttifaqından Rusiya və Belarusdan gələn ərzaq məhsullarının Aİ-yə idxalının məhdudlaşdırılması imkanlarını təhlil etməyi xahiş edirik. Birgə müraciətlə bizi birləşdirən aktual problemi həll etməyə çalışırıq".

Məktubda nazirlər qeyd edirlər ki, Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın Aİ-yə taxıl ixracından əldə etdiyi gəlir hesabına maliyyələşdirilir. Bundan əlavə, Rusiya taxılı, Aİ-nin daxili bazarına təzyiq göstərir və birbaşa Aİ fermerlərinin məhsulları ilə rəqabət aparır.

Navickasın məlumatına görə, 2023-cü ildə Aİ 437,5 milyon avro dəyərində 1,53 milyon ton Rusiya taxılını idxal edib.

Avropa İttifaqının Kənd Təsərrüfatı və Balıqçılıq Nazirləri Şurası martın 26-da təklifə baxacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR