İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə nənə xəstə nəvəsinin ölüm xəbərini yaydı, sonra onu diləndirdi - FOTO

900 18.06.2022 18:39 Kriminal A A

Bərdə rayonunda nənə xəstə nəvəsinin yetim olduğunu deyərək bazarda diləndirib.

Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, o, nəvəsinin Bərdədə klinikaların birində öldüyü ilə bağlı saxta informasiya verib:

“11 yaşlı uşaq sağ-salamatdır, ata və anasının yanındadır. Qadın uşağın ata-anasının rəhmətə getdiyini qeyd etsə də, sağdırlar. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.

Özünü yazıq biri kimi təqdim edən qadın, sadəcə, dilənçiliyi, insanları aldadaraq pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində iki ev və maşınları da var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR