İnsanlara hürriyət, millətlərə istiqlal!

“BƏM-in qərarı Azərbaycanın daxili məsələsinə verilən qiymətdir”-RƏY  

410 07.07.2023 16:56 Siyasət A A

 

Ermənistanın 1988-ci ildə başlatdığı “Miatsyum” layihəsi bu gün beynəlxalq səviyyədə iflasa uğradı. Beynəlxalq Ədalət Məhkəməsinin Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatəti rədd etməsi bunun bariz sübutudur. Ekspertlər də hesab edir ki, bununla BƏM Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanıdı.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı beynəlxalq hüquqdan irəli gələn tələblərin icra olduğunun sübutudur. Ekspert xatırlatdı ki, bu günə qədər sülhməramlılar və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bölgəyə humanitar yüklərin daşınmasında məhdudiyyət olmayıb:

“BƏM BMT-nin əsas prinsipi olan ölkənin suverenliyinin, ərazi bütövlüyünün tanınması üzərində qiymətləndirmə həyata keçirir. Erməni əsilli vətəndaşların ayrı-seçkiliyə məruz qalma iddiası ona görə ləğv olundu ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bu qərar həm də Azərbaycanın daxili məsələsinə verilən qiymətdir.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı hüquqi əsasdan daha çox, ciddi siyasi uğuru özündə əks etdirir. Sözügedən qərar Ermənistanın beynəlxalq arenada hüquq üzərində başlatdığı bumun qarşısına sədd çəkmiş oldu. Ermənistanın məqsədi Qarabağ məsələsini beynəlxalq birliyin gündəminə çıxarmaqla qloballaşdırmaq, faktiki həllinin qarşısını almaq idi”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR