İnsanlara hürriyət, millətlərə istiqlal!

Bella Hadid: "Müsəlman mədəniyyətindən uzaq böyüdüyüm üçün çox kədərlənirəm"

1138 27.03.2023 16:57 Şou-biznes A A



Fələstin əsilli amerikalı model Bella Hadid verdiyi son müsahibəsində müsəlman və Fələstin mədəniyyətindən uzaq böyüməsindən kədərləndiyini bildirib. 

Musavat.com xarici mətbuata istinadən bildirir ki, dünyaca məşhur 24 yaşlı model "CQ" jurnalına açıqlamasında, “Mən müsəlman mədəniyyətində böyüməyi çox istərdim. Uzun müddət içimdəki fələstinli üçün çox darıxdım və bu, məni tənhalığa itələdi”,- deyə  bildirib.

Bella Hadid həmçinin müsahibəsində 4 yaşında olarkən valideynlərinin boşandığını və beləliklə də Fələstin kökündən uzaqlaşdığını qeyd edib. Model hər gün atasının yanında olub,
namaz qılıb, müsəlman mədəniyyəti ilə yaşamaq istədiyini dilə gətirib:

"Amma təəssüf ki, mümkün olmadı. Fələstini heç vaxt azad görməmiş, böyüyüb yaxşı həyat sürə bilən qocalar və uşaqlar üçün çalışıram. Mən çox şanslıyam ki, istədiyim və hiss etdiyim hər şeyi danışa biləcəyim bir vəziyyətdəyəm".

Bella Hadid hazırda ilk dəfə olaraq film çəkilişlərinə hazırlaşır. O, "Ramy" serialında müsəlman gənc qız rolunu canlandıracaq.

Xatırladaq ki, Bellanın anası Yolanda Hadid hollandiyalı, atası Mohemmed Hadid isə fələstinlidir. 

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR