İnsanlara hürriyət, millətlərə istiqlal!

Belfastda yerli sakinə hücumdan sonra kütləvi iğtişaşlar başlayıb

643 10.06.2026 18:16 Dünya A A

İrlandiyada Belfast hakimiyyəti yerli sakinə hücumdan sonra yaranan iğtişaşlar səbəbindən şəhərə əlavə polis qüvvələri yerləşdirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şəhərdə vəziyyət gərgin olaraq qalır.

Hücumun internetdə yayılan videosu kütləvi etirazlara səbəb olub. Video yayıldıqdan sonra minlərlə insan küçələrə axışıb və etirazlar tezliklə zorakılığa çevrilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Sudan əsilli 30 yaşlı kişi qəsdən adam öldürməyə cəhddə ittiham olunub və bu informasiya ictimailəşdirib. Buna baxmayaraq, etirazçılar Belfastın müxtəlif ərazilərində toplaşmağa davam ediblər.

Yolların bağlanması, avtomobillərin yandırılması və polislə toqquşmalar barədə məlumat verilib. Miqrantların yaşadığı evlərə, eləcə də onlara məxsus mağazalara və digər əmlaklara hücum edilib.

Hakimiyyət orqanları zorakılığa son qoyulmasını tələb edir və şəhərdə polis qüvvələrini artırmaqla vəziyyəti sabitləşdirməyə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR