İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusa Litva ərazisindən dron hücumunun qarşısı alınıb – Minskdən sensasion açıqlama

570 25.04.2024 17:40 Dünya A A

Belarus təhlükəsizlik qüvvələri Litva ərazisindən Minskdəki hədəflərə pilotsuz təyyarələrlə zərbə endirilməsinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel deyib.

O, hadisənin bu yaxınlarda baş verdiyini desə də, konkret tarixini açıqlamayıb:

“Dövlət Təhlükəsizlik Komitəsi digər hüquq-mühafizə orqanlarından olan həmkarları ilə birlikdə bu yaxınlarda bir sıra kəskin təhlükəsizlik tədbirləri həyata keçirib ki, bu da Litva ərazisindən Minsk və onun ətraf ərazilərindəki hədəflərə döyüş pilotsuz təyyarələrinin hücumlarının qarşısını almağa imkan verib”.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri bu sahədə fəaliyyətini davam etdirir, lakin hələlik ətraflı məlumatı ictimaiyyətə açıqlamaq mümkün deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR