İnsanlara hürriyət, millətlərə istiqlal!

BBC: “Ukraynada azı 20 min fərari var”  

654 17.11.2023 16:26 Dünya A A



“Müharibə zamanı səyahət qadağasına baxmayaraq, təxminən 20 min kişi orduya çağırılmamaq üçün Ukraynanı qeyri-qanuni şəkildə tərk edib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “BBC” Rumıniya, Moldova, Polşa, Macarıstan və Slovakiyanın aldığı informasiyalara əsasən məlumat yayıb.

Rəsmi Ukraynanın məlumatlarına görə, bu müddət ərzində Ukrayna ərazisində 21 min insan sərhədi qanunsuz keçməyə cəhd edərkən yaxalanıb. Onların əksəriyyəti - 14 mindən çoxu sadəcə olaraq sərhədi keçməyə və ya sərhəd çaylarını üzməyə cəhd edib, qalan 6800 nəfər isə saxta sənədlərlə ölkəni tərk etmək niyyətində olub.

Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Fyodor Venislavskinin sözlərinə görə, ukraynalı kişilərin 1-5%-i orduya səfərbər olmaqdan yayınmağa çalışır. Onun bildirdiyinə əsasən, belə bir rəqəm hərbi əməliyyatların gedişinə təsir göstərmir. Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi bu sahədə korrupsiyanın baş alıb getdiyini təəssüflə etiraf etməli olub.

Qeyd edək Ukraynada səfərbərlikdən yayınma hallarına görə, hərbi komissarlıqlara qarşı geniş əməliyyatlar həyata keçirilib.

Ukrayna Dövlət Statistika Xidmətinin 2022-ci il üçün məlumatına görə, ölkədə 18-60 yaş arasında ən azı 11 milyon kişi yaşayır.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bu yana, 2023-cü ilin avqust ayına olan məlumata görə, 2,4 milyon ukraynalı ölkəni tərk edib və geri qayıtmayıb.

Rəsmi hesablamalarına görə, 2022-ci ildə 800 min rus Rusiyanı tərk edə bilər.

“Forbes” jurnalının təsvirinə əsasən, səfərbərlik elan edildikdən sonra 700 mindən bir milyona qədər rus Rusiyanı tərk edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR