İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram Nurlu siyasi fəaliyyət göstərəcəyi xəbəri ilə bağlı DANIŞDI

15601 16.02.2026 18:35 Şou-biznes A A

Məşhur ekstrasens, "Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com-a açıqlama verən fenomen yayılan xəbərlərin əsassız olduğunu söyləyib:

“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenomenəm, blogerəm. İşim budur. Mənə səhərdən zənglər gəlir. Bilmirəm bu xəbəri kimlər nə məqsədlə yayır. Siyasətə qoşulmuram. Elə fikrim də yoxdur. Yalan xəbərdir”.

Qeyd edək ki, sözügedən xəbəri Demokrat.az yayıb.

Bildirilib ki, Bayram Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR