İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraktar PUA kursunu bitirən hərbçilərimizi təbrik etdi FOTO VİDEO

919 08.04.2023 20:37 Son xəbər A A

Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində Türkiyənin Baykar Müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Musavat.com bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir.

Bildirilir ki, buraxılış mərasimi Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və kursun müəllim heyəti ilə bərabər Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin texniki direktoru Selçuk Bayraktar, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədovun iştirakı ilə keçirilib.

Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar BAYKAR şirkətinin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və şirkətin milli imkanlar ilə istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.

Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi Bayraktar Silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib. Baş konsul Baykar Müdafiə Sənayesi şirkətinin istehsalı olan AKINCI Silahlı Pilotsuz Uçuş Aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycan Respublikasının müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzylayıb. Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyəli məzunlarla bərabər Azərbaycan və Qırğızıstanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR