İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Zelenskini niyə “vurdu”? – ilginc səbəb Elxan Şahinoğlu ilə “Canlı debat”da

1258 14.06.2022 11:46 Gündəm A A

Rusiya və Ukrayna arasında müharibənin gedişatında Qərb ölkələrinin tutduğu mövqe dəyişməyə başlayıb. Belə ki, müharibənin ilk günündən Ukraynaya dəstək verən ABŞ prezidenti Co Bayden ötən günlərdə çıxışı zamanı Prezident Volodimir Zelenskini ittiham edib. O, Zelenskinin müharibədən xəbərdar olsa da, səriştəsiz davrandığını bildirib.

Baydenin son bəyanatlarından görünür ki, o müharibəyə görə Zelenskini günahkar bilir. ABŞ liderinin Ukrayna ilə bağlı mövqeyinə əl gəzdirməsi siyasi müstəvidə ciddi müzakirələr yaradıb. Bir çox ekspertlər hesab edirlər ki, Bayden Kiyevin Rusiyaya təslim olmasına və bununla müharibəni dayandırmağa çalışır.

ABŞ prezidentinin Zelenskini "vuran" açıqlamasına Rusiyadan reaksiyalar necədir? Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov bildirib ki, Co Bayden Zelenskinin həddən artıq populyarlaşmasını istəmir:

"O, ABŞ daxilində tənqidçilərin bəyanatlarına cavab vermək niyyətindədir. Bəziləri Ağ Evi Kiyevə daha geniş dəstək vermək istəməməkdə, digərləri isə yüksək inflyasiya və yanacağın qiymətinin artmasında ittiham edir. Beləliklə, Ukrayna ətrafında yaranan böhran beynəlxalq aləmə pis təsir edib. ABŞ prezidenti belə bəyanatlar verərək, hazırki vəziyyətə görə məsuliyyəti qismən də olsa digər siyasətçilərin, o cümlədən Ukrayna liderinin üzərinə atır".

Bundan əlavə, rusiyalı politoloq hesab edir ki, ABŞ administrasiyası Prezident Volodimir Zelenskinin həddindən artıq ideallaşdırılmasında maraqlı deyil. Onun fikrincə, Amerika elitası arasında Moskva ilə münasibətdə kompromis mövqe tutanlar da var.

Kiyevdən acı etiraf gəlib: “itiririk” deyən Ukrayna nəyi nəzərdə tutur?

Bu və gündəmdəki bir çox sualları bu gün Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR