İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden hakimiyyəti Venesuela neftinə qarşı sanksiyaları bərpa etmək istəmir, çünki...

614 30.03.2024 19:37 Dünya A A

ABŞ prezidenti Co Baydenin administrasiyası Venesuelanın neft sənayesinə qarşı sanksiyaları yenidən tətbiq etmək istəmir.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri narahatdırlar ki, keçmiş ABŞ prezidenti Donald Tramp dövründə Venesuelanın neft hasilatının azalmasını sürətləndirən sanksiyalara qayıdış Amerikada benzinin bahalaşmasına və Venesueladan qaçqın axınının artmasına səbəb olacaq. Onların fikrincə, Qərb neft şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması qlobal enerji təchizatının azalmasına gətirib çıxaracaq və Çinin Venesuelaya sərmayə qoymasına yol açacaq.

Bayden administrasiyasının rəsmiləri keçmiş prezident Trampın prezident Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi ilə əlaqədar 2019-cu ilin əvvəlində Venesuelaya tətbiq edilən neft sanksiyalarını konstruktiv hesab etmədiklərini bildiriblər.

Oktyabrda Brictaunda keçirilən danışıqlarda ölkə rəhbərliyi və müxalifət nümayəndələri 2024-cü ildə Bolivar Respublikasında dialoqun bərpası və seçki prosesinin təşkili ilə bağlı razılaşma əldə etdikdən sonra ABŞ Venesuelaya qarşı sanksiyaları ləğv edib.

Razılaşma Venesuelaya və onun təsisatlarına qarşı istənilən formada siyasi zorakılığın rədd edilməsini, hər bir seçicinin öz namizədini sərbəst seçmək hüququnun tanınmasını və seçkilərin bütün iştirakçılarına təminat verilməsini nəzərdə tutur. Ölkədə prezident seçkilərinin 2024-cü ilin ikinci yarısında keçirilməsi planlaşdırılır.

Sanksiyaların yenidən tətbiqi ona görə aktuallaşır ki, Venesuela hakimiyyəti razılaşmanı pozaraq müxalifətin əsas namizədi olan Mariya Korina Maçadonun prezidentliyə yolunu bağlayan maneələri aradan qaldırmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR