İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ən böyük seçici qrupunun dəstəyini itirdi

598 19.01.2024 20:25 Dünya A A

Müstəqil seçicilərin əksəriyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyir.

Musavat.com xəbər verir ki, bu barədə "The Messenger" xəbər portalı və "Harris X" konsaltinq agentliyinin sorğusunda bildirilib.  

Qeyd edilir ki, yanvarda prezident seçkiləri keçirilsəydi, belə səs verərdilər: 35% - hazırkı prezident Co Bayden üçün, 46% - Donald Tramp üçün.

Seçicilərin 63%-i isə ümumiyyətlə Baydenin fəaliyyətini mənfi qiymətləndirir. Müstəqil seçicilərin dəstəyi Baydenin 2020-ci il seçkilərində qələbə qazanmasında ən mühüm amillərdən biri oldu. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov bildirib ki, siyasi qütbləşmə şəraitində bu seçicilər prezidentliyə namizədlərin hər biri üçün əsas mükafatdır. 

Siyasi strateq Pavel Dubravski mediaya açıqlamasında deyib ki, Bayden istər daxili, istərsə də xarici siyasətdə görkəmli nəticələrlə öyünə bilməz. Onun tələbə borcunu ləğv etmək kimi “populist tədbirləri” ABŞ Ali Məhkəməsində səsvermədən keçə bilmədi. Ekspert hesab edir ki, Baydenin prezidentliyi bu gün başa çatsaydı, iqtisadi problemlərlə yanaşı, o, Əfqanıstandan qoşunların xaotik çıxarılması və cənub sərhədində davam edən böhranla yadda qalacaqdı.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR