İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden 30 il əvvəl ölmüş Mitteranla bu yaxınlarda görüşdüyünü deyib

785 06.02.2024 19:55 Dünya A A

ABŞ prezidenti Co Bayden bazar günü Las-Veqasda tərəfdarları qarşısında 30 ilə yaxındır vəfat etmiş Fransa prezidenti Fransua Mitteranla bu yaxınlarda görüşdüyünü deyib.

Musavat.com xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumatdan aydın olur ki, Bayden, çərşənbə axşamı Nevada ştatında keçiriləcək Demokratlar Partiyasının ilkin seçkiləri öncəsi seçicilərinin həvəsləndirməyə çalışarkən, siyasi rəqibi Donald Trampın seçilməsinin təhlükələri barədə xəbərdarlıq edib.

Bayden ABŞ prezidenti seçildikdən aylar sonra İngiltərədə G7 toplantısı zamanı Fransa prezidenti Emmanuel Makronla görüşərkən prezidentliyi zamanı dəfələrlə danışdığı hekayəni danışıb: "Mən oturdum və dedim: "Amerika qayıtdı”. "Və Almaniyadan, yəni Fransadan olan Mitteran mənə baxdı və dedi ..."

Bayden fikirlərini toplamağa çətinlik çəkib və davam edib: "Hə, indi nə vaxtadək geri qayıtmısız?"

Qeyd edək ki, Fransua Mitteran 1981-1995-ci illərdə Fransa prezidenti olub, 1996-cı ildə vəfat edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR